Hamıya Ahoylar,
Azərbaycanda olan şəxsə etibarnamə vermək lazımdırsa, bunu Azərbaycan Respublikasının ÇR səfirliyinin konsulluq şöbəsində edə bilərsiz.
İlk olaraq, səfirliyin ünvanı, qəbul vaxtları və əlaqə informasiyası rəsmi veb saytda tapıla bilər:
- Etibarnamə verən şəxsin pasport və nüsxəsi
- Etibarnamə verən şəxsin şəxsiyyət vəsiqəsi və nüsxəsi
- Etibarnamə verilən şəxsin şəxsiyyət vəsiqəsinin nüsxəsi
Etirbarnamə üçün rüsum 50 avrodur. Konsulluq sizə bank hesab nömrəsi təqdim edəcək və ən yaxın bank şöbəsində ödəmə etməli olacaqsız. QEYD: hazır 50 avro pul nişanı (banknotu) ilə gəlməyiniz məsləhərdir, çünki hesaba avro ilə mədaxil olmalıdır. Etibarnamənin növündən və ya məzmunundan asılı olaraq rüsum fərqli ola bilər.
Mədəxil olduqdan sonra, qəbz səfirliyə təqdim olunur və etibarnaməni əldə edə bilərsiz. QEYD: konsulluğu tərk etməzdən əvvəl etibarnamənin mətnini tam yoxlayın. Hər hansı çatışmazlıq və ya hərif səhvinin olmadığına əmin olduqdan sonra, etibarnaməni Azərbaycana göndərə bilərsiz.
Əlavə olaraq, hər ehtimala və ya əlavə suallara görə ilk olaraq konsul ilə email vasitasi ilə əlaqə saxlaya bilərsiz (rəsmi saytdan).
Rəsmi konsulluq veb səhifəsindən daha dolğun informasiya ala bilərsiz
Təşəkkürlər.
Comments
Post a Comment