Konsulluqda qeydiyyat

Hamıya Ahoylar,
 
Çexiya Respublikasında yaşayan Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının ÇR səfirliyinin konsulluq şöbəsində qeydiyyatdan keçməsi məsləhət görülür (XİN). Ama baş verə biləcək hadisələrə əsasən qeydiyyatı vacib hesab etmək lazımdır. Misal, itirilmiş və ya yararsız hala düşmüş pasportun bərpası, vətəndaşın itkin düşməsi, evlilik, yeni doğulan uşağın qeydə alınması, ağır xəstəlik və ölüm hallarında bu qeydiyyat növbəti etapları sürətləndirə və əlavə vaxt itkisinin qarşısını ala bilər.



Qeydiyyat üçün lazım olan sənədlər:

  • Qeydiyyat blankı (yükləmə linki), əl yazısı və ya hər hansı PDF editor-la doldurula bilər
  • Pasportun əsas səhifəsinin nüsxəsi
  • Hal-hazırki vizanın, pasportda əlavə olunan və ya biometrik kart, nüsxəsi
  • 1 ədəd 3,5 x 4,5 ölçüdə foto şəkil
  • Və sözsüz pasport!

Səfirliyin ünvanı, qəbul vaxtları və əlaqə informasiyası rəsmi veb saytda tapıla bilər: http://prague.mfa.gov.az/az

Praqa Hlavní nádraží-dan səfirliyə çatmaq üçün ilk olaraq Bolzanova küçəsindən (dayanacaq) 26 nömrəli tramvay ilə Korunovační dayanacağına varmaq, daha sonra Korunovační dayanacağından həmin adda küçə istiqamətində (yuxarı) piyada getmək lazımdır.

Google Maps

Google Maps


Bütün sənədlər qaydasında olduğu halda, qeydiyyat 10 dəqqiqədən az vaxta hazır olur. Və sonda pasportun son səhifəsində qeydiyyat detalları möhürlənəcək.

Təşəkkürlər.

Comments