Ümumvətəndaş pasportlarının dəyişdirilməsi 2024

 Hamıya Ahoylar,

Bu məqalədə Ümumvətəndaş pasportunu dəyişmək üçün lazım olan addımları sadalayacam. Qeyd etməliyəm ki, sadalayacağım addımlar yaşı 35-dən yuxarı olan kişi və ya yaşı 18-dən yuxarı olan qadınlar üçün şamildir. 


Lazım olan sənədlər

  • Hazırki Ümumvətəndaş pasportu.
  • Çexiya biometrik kartı.
    • Hər iki sənədin rəngli və bir kağız (A4) üzərində nüsxəsi (kopiyası).
  • 1 ədəd 3.5x4.5 rəngli foto şəkil (qeyd bu foto yeni pasportda olmayacaq).
  • Əgər konsulluqda qeydiyyatdan keçməmisinizsə, vətəndaşlarının konsulluq qeydiyyatı anketi, yükləyin
  • Ümumvətəndaş pasportu ərizə ankeri, yükləyin.
    • Ərizə anketində yalnız 1.1.1 cədvəlini doldurun

  • Xidmət rüsumu:
    • Rüsum 25 ABŞ dollarıdır
    • Konsulluqda (bir başa yerində) mobil bank ilə ödəniş edə bilərsiz. Ama əvvəlcədən edib və təsdiq sənədi (PDF confirmation) ilə gəlsəniz daha sürətli olar. 
    • Raiffeisen Bank
    • 5011025441/5500 USD (Ödəniş yalnız ABŞ dolları ilə edilməlidir)
    • IBAN: CZ76 5500 0000 0050 1102 5441
    • SWIFT: RZBCCZPP
    • Konsulluq rüsumlarının ödənilməsi zaman ödəyən şəxsin adı və soyadı pul alan tərəf üçün məlumat bölümündə ("message to the beneficiary or recipient") mütləq göstərilməlidir. Əks halda bank qəbzləri və köçürmə haqda bank hesabından çıxarışlar qəbul olunmayacaqlar. 
  • Əgər müddəti bitməyibsə, şəxsiyyət vəsiqəsinin nüsxəsi.
Qeyd: bütün sənədlər, nüsxələr, ərizələr doldurulmuş və hazır halda konsulluğa daxil olmanız məsləhət görülür. 

Konsulluqda növbə götürmək

  • Email və ya telefon vasitəsi ilə konsulluqda əvvəlcədən görüş günü və tarixi müəyyənləşdirin
    • Email: consul@azembassy.cz
    • Telefon: +420 246 03 2424
    • Sənədlərin qəbulu: Çərşənbə axşamı, Çərşənbə, Cümə axşamı (qeyri-iş günləri istisna olmaqla) saat 10.00-dan 12.30-dək
    • Telefon vasitəsi ilə konsulluq məsələləri ilə bağlı müraciətlər saat 15.00-dən 18.00-dək
    • Sənədlərin verilməsi: Bazar ertəsi saat 10.00-dən 12.00-dək
Qeyd: gələcəkdə https://appointment.mfa.gov.az/ veb portal üzərində növbə götürmək mümkün olacaq. Hal hazırda Çexiya siyahıda yoxdur.

Bütün sənədlər qəbul olunduqdan sonra, növbəti günlər, Azərbaycan hər-hansı bir şəxs (ailə üzvü və dost), istənilən ASAN xidmət şöbəsində sizin müraciətinizə görə dövlər rüsumu etməlidir. Pasport və şəxsiyyət vəsiqəsinin foto şəkilini göstərməklə ödəmə etmək olar. Rüsum haqqi 60 manatdır (data ətraflı burada).

Yeni pasportunuz hazır olduqda konsulluq sizinlə əlaqə saxlayacaqdır.

Çərşənbə axşamı, Çərşənbə, Cümə axşamı (qeyri-iş günləri istisna olmaqla )  saat 10.00-dan 12.30-dək köhnə pasportu təhvil və yeni pasportu təslim ala bilərsiz.

Ən tez bir zamanda Çexiya Daxili İşlər Nazirliyinə (MVČR), yeni pasport aldığınızı bəyan etməlisiz.

Təşəkkürlər.




Comments