Hamıya Ahoylar,
Uşaq doğularkən ailəyə uşağın anadan olmasına görə 500 manat məbləğində birdəfəlik müavinət verilir.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Uşağın anadan olmasına görə birdəfəlik müavinət şəxsin müraciəti olmadan hüququ yaranan an elektron sistem üzərindən proaktiv qaydada təyin olunur.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir.
Daha ətraflı və rəsmi məlumat burada və burada (klikləyin).
Müavinət Kapital Banlın istənilən filialından əldə ede bilərsiniz. Bunu ana və ya etibarnaməsi olan istənilən şəxs edə bilər.
Bəs uzaqdan, Azərbaycandan kənarda, bunu necə etmək olar ?
Kapital Bankın Birbank mobil app-dən də istənilən Azərbaycan ödəmə kartına köçürmək olar. Bunun üçün lazım olanlar
- Kapital Bankın BirBank mobil tətbiqi, https://www.kapitalbank.az
- Müavinət təyin olunan şəxsin (əksər hallarda ana) aktiv Azərbaycan mobil telefon nömrəsi, aktiv rouminq ilə.
- Müavinət təyin olunan şəxsin yararlı şəxsiyyət vəsiqəsi, FİN kod.
BirBank tətbiqdən qeydiyyatdan keçdikdən 3 gün sonra, istənilən Azərbaycan ödəmə kartı (AZN) tətbiqə əlavə edirsiz.
Ödənişlər bölməsində Sosial ödnişlər düyməsi peyda olunacaq.
Data sonra isə əlavə etdiyiniz ödəmə kartına (MasterCard və ya Visa) mədaxil edə bilərsiz.
Qeyd, bu sizin ilk köçürmə olduğu halda, şəxsiyyəti dəstiqləmək lazımdır, və FİN kod və selfi foto ilə bir başa tətbiq üzərindən edilir.
Təşəkkürlər.
Comments
Post a Comment