Ahoylar,
Ailə üzvünü Çexiyaya səfərə dəvət etmək üçün vizaya necə müraciət etmək olar?
Əvvəlcə Çex Respublikasının Bakıdakı səfirliyi üçün sənədlərin işlənməsi ilə məşğul olan tərəfdaş şirkətdə, VFS Global, rezervasiya etməlisiniz.
Aşağıdakı səhifəyə daxil olun və qeydiyyatdan keçin və ya daxil olun:
Ən çətin hissəsi rezervasiya üçün mövcud yerləri tapmaqdır. Adətən ayın əvvəlində növbəti ay üçün mövcud slotlar açılır. Nümunə Sentyabrın 1-də mən Oktyabr 1 üçün rezervasiya edə bildim. Ancaq 3 aydan çox müraciət etsəniz, bu, daha asan və daha az stressli olacaq.
Valideyninizi dəvət etmək istədiyiniz bir nümunə götürək. Lazım olan sənədlər:
- Viza müraciət forumu, buradan yükləyin.
- Dəvət məktubu, post və YouTube videosuna baxın, necə müraciət etmək olar.
- Uçuş biletləri.
- Avtobus, qatar biletləri, hava limanı ilə təyinat şəhəri arasında transfer olacaqsa.
- Dəvətçinin doğum haqqında şəhadətnaməsinin notariat surəti və tərcüməsi (ingiliscə) ailə qohumluğunu sübut etmək üçün.
- Səyahət sığortası.
- Pasportun surəti.
- Cari pasportdakı bütün əvvəlki vizanın surəti.
- Milli şəxsiyyət vəsiqəsinin surəti.
- Dəvət edənin pasportu və yaşayış icazəsinin (biometrik kart) surəti.
- Hər-hansı əlavə məlumatı əlavə etmək istəyirsinizsə, notarial təsdiq olunmuş məktub (statement) hazır edin.
Müraciət etdikdən sonra viza mərkəzi sizə ətraflı məlumat verəcəkdir.
Viza müraciəti ilə bağlı qərar qəbul olunana qədər sizin və dəvət etdiyiniz şəxsin telefon nömrəsinin aktiv olduğundan əmin olun. Çünki konsulluq istənilən vaxt sizinlə əlaqə saxlaya bilər (zəng və ya SMS).
Ətraflı məlumatı aşağıdakı internet səhifəsində tapa bilərsiniz: https://visa.vfsglobal.com/aze/az/cze
Comments
Post a Comment