Xaricdə doğulmuş körpə üçün ŞV-nin verilməsi

Hamıya Ahoylar!

Xaricdə yaşayan biri olaraq, yəqin ki, yeni doğulmuş körpəniz üçün pasport almısınız və indi Azərbaycanına səfər etmisiz. İlk edəcəyiniz körpəniz üçün şəxsiyyət vəsiqəsi almaqdır. ASAN Xidmət bu prosesi həyata keçirsə də, əslində bu, gözlədiyiniz qədər asan olmaya bilər. 





Nə Lazımdır?

  • Valideynlərdən biri və ya hər ikisi
  • Hər iki valideynin şəxsiyyət vəsiqəsi (ata və ana)
  • Doğum şəhadətnaməsinin notarial tərcüməsi (bu, ASAN Xidmət mərkəzlərində də edilə bilər, ama öncədən, eyni gündə deyil)
  • Yeni doğulmuş körpənin pasportu (əgər artıq alınıbsa, yəni artıq vətəndaşın mənsubiyyəti müəyyənləşib və FİN kod əldə olunub)

Addımlar:

  1. Qan qrupu təsdiqi alın – İlk olaraq qan qrupu yoxlanışı və təsdiqi üçün növbə götürün. Bu, körpə ağrısız bir prosedurdur.
  2. Doğum şəhadətnaməsinin qeydiyyat nömrəsini əldə edin – Körpənin artıq pasportu varsa (və buna görə də FIN kodu mövcuddur), sizə doğum şəhadətnaməsinin qeydiyyat nömrəsi lazımdır. Akt qeydiyyat nömrəsi adlanır.
  3. Şəxsiyyət vəsiqəsi üçün müraciət edin – Yuxarıdakı iki sənədi əldə etdikdən sonra, növbəti addım şəxsiyyət vəsiqəsi üçün müraciət etməkdir. ASAN Xidmətin əməkdaşları sizə bu proses barədə ətraflı məlumat verəcək.

Ümid edirəm ki, bu məlumat sizin üçün faydalı olacaq və prosesi asanlaşdıracaq!

Comments

  1. Gan grupu chox problemli bir haldi, anjah bizim olke onu teleb edir, eger dogulush zamani gan grupu goturulmedise, sonram Chexiyada onu almax geliz meseledi, hekimin “napravleniyasini” isteyir, onuda ele bele passport sebebine gore almah chetindi. Passport sebeb deyilende mehettel galiblar, 2 defe kechmishem bu prosedurdan. Dogush zamaninda gan grupu anjah muxtelkf halda goturulur, valideynlerin gan gruplari +- fergli olanda, eyni olanda goturumlur. Oki galdi dediyiviz kodun verilmesi o da gej uzanir Bakida, ora zeng vurub tezleshdirmesen, uzanir sohbet.

    ReplyDelete
    Replies
    1. Salam, sizin situasiya bir az aydın deyil. Uşaq harda doğulub? Doğularkən hansı ölkə vətəndaşlığı əldə edib?

      Delete

Post a Comment